AZ

Yol qəzalarında vertolyotların birbaşa xəstəxanalara tibbi yardım dəstəyinə şərait yoxdur- Millət vəkili

Azərbaycanda yol qəzaları zamanı vertolyotların birbaşa xəstəxanalara tibbi yardıma dəstəyi üçün heç bir şərait yoxdur. Bunu deputat Qüdrət Həsənquliyev deyib.

"Rusiyada baş verən terror hadisəsindən sonra araşdırdım və məlum oldu ki, bizdə belə bir xidmət üçün şərait yoxdur. Sanitar tibbi vertolyotlar üçün meydançalar olmalıdır. Vətən Müharibəsində xəstələr meydançalara daşınırdı daha sonra isə xəstəxanalara çatdırılırdı. Maraqlıdır, bununla bağlı təlimlər keçirilirmi? Təklif edirəm ki, bununla bağlı Milli Məclisdə dinləmə keçirilsin”, - deputat martin 29-da Milli Məclisdə çıxışında deyib. 

Deputat Bakıda neftayırma zavodunun da şəhərdən çıxarılmasını vacib olduğunu bildirib. Hər hansı hadisə baş verdiyi zaman zavodun şəhərə böyük təhlükə yaradığını açıqlayıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Seçilən
49
21
Mənbələr
Şərh ()
Bağla