AZ

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb.

BiG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb.

Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb.

Qəza zamanı 8 yaşlı uşaq isə xəsarət alsa da xilas edilib.

Cənubi Afrikanın Nəqliyyat naziri Sindisiwe Chikunga müxbirlərə bildirib ki, qəzanın səbəbi araşdırılır.


BiG.Az
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla