AZ

Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradıldı

Bakı. Trend:

“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılmasıüzrə yeni Texniki Komitə (AZSTAND/TK 46) yaradılıb, əsasnaməsi vəstrukturu təsdiq edilib.

Trend xəbər verir ki, Texniki Komitə elektrik enerjisi bazarındarəqabət mühitinin formalaşdırılması, elektroenergetikasubyektlərinin effektiv fəaliyyətinin təmin edilməsi, elektrikenerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadəninstimullaşdırılması, enerji resurslarından səmərəli istifadə vəenerji effektivliyinin təmin edilməsi kimi sahələrdə normativsənədlər bazasının yaradılmasında maraqlı tərəflərin iştirakınıtəmin etmək məqsədi daşıyır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinintabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindəntəsis edilmiş Texniki Komitəyə sədrlik və katibliyin fəaliyyətinintəşkili Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindənhəyata keçirilir.

Seçilən
52
12
Mənbələr
Şərh ()
Bağla