Hazırda dünyanın ən böyük şirkətlərinin daha çox pul qazanmaq üçün başqa sektorlara girdiyini görürük və artıq təəccüblənmirik. Smartfon bazarının aparıcı adlarından biri olan Xiaomi, 2023-cü ilin dekabrında ilk elektrik avtomobili SU7-ni təqdim etdi.
Fins.az xəbər verir ki, texnologiya aləmində çox danışılan Xiaomi SU7- nin qiyməti müəyyənləşib.
Xiaomi SU7 ilə bağlı indiyə qədər edilən iddialarda avtomobilin əlavə xüsusiyyətlərlə birlikdə maksimum 500 min yuana, yəni 69 min dollara satılacağı iddia edilmişdi. Ancaq bu gün edilən açıqlama onun daha aşağı qiymətə gələcəyini ortaya qoydu.
Günel Məlikzadə
Fins.az