AZ

Sahibə Qafarova: II Qarabağ müharibəsi və antiterror əməliyyatı azərbaycanlıların soyqırımları silsiləsinə son qoyub

Azərbaycan xalqı erməni şovinistlərinin vəhşiliyinin qurbanı olmuş on minlərcə günahsız insanın xatirəsini daim ehtiramla yad edir.

“Report”un məlumatına görə bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin cümə günü keçirilən plenar iclasında çıxışı zamanı, 31 mart - Azərbaycanlıların soyqırımı gününə toxunaraq deyib.

Spiker qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində əldə etdiyi tarixi qələbələr, dövlətin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi son iki yüz ilə yaxın dövrdə azərbaycanlıların məruz qaldığı torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoyub:

“Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilib. Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır”.

Seçilən
59
3
Mənbələr
Şərh ()
Bağla