AZ

Əfran İsmayılovun bəxtinə çətin rəqib düşdü

Minifutbol üzrə ölkə çempionatında 15 turdan ibarət ilk mərhələ başa çatıb.

Turnir cədvəlində ilk 8 yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcək. Artıq 1/4 final cütləri də müəyyənləşib. Yığmanın sabiq oyunçularından qurulan “İnter” çempionatın aşkar favoritlərindən biri, son çempion “Birbaşa Bakı” ilə oynayacaq. Bəs “İnter” 1/4 finalda bu komandanı keçə biləcək gücə malikdi? “İnter”in kapitanı Əfran İsmayılov “Football-plus.az”ın sualını cavabladı:

“Doğrudan da, çox çətin rəqiblə qarşılaşacağıq. Biz fikirləşirdik ki, yuxarılara doğru qalxaq və daha uyğun rəqiblə oynayaq. “Birbaşa Bakı”, “Zirə” lider komandalardı, amma çıxıb rahat şəkildə oyunumuzu oynayacağıq. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, 1/4 final mərhələsinin oyunları aprelin 3-ü və 10-da keçiriləcək.

ELMİN
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla