AZ

Qvardiola qərar verdi: "Siti" nağılı bitir?

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanı tərk etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Qvardiola 2025-ci ilin yayında, hazırkı müqaviləsi başa çatdıqdan sonra “Siti”ni tərk edəcək. Bununla ispaniyalı məşqçinin “şəhərlilər”lə doqquz mövsümlük əməkdaşlığı bitəcək. Qeyd olunur ki, Qvardiola Mançester təmsilçisindən ayrıldıqdan sonra məşqçilik karyerasına fasilə verməyi planlaşdırır.

Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Ötən mövsümü İngiltərə komandası trebllə tamamlaya bilib. Onun "sükan arxasına" keçdiyi dönəmdə “şəhərlilər” 5 dəfə İngiltərə çempionatının qalibi olmağı da bacarıb.

Seçilən
41
5
Mənbələr
Şərh ()
Bağla