AZ

Rəşad Məcid təltif edildi

Mətbuat Şurasının sədri Rəşad Məcid “Heydər Əliyevin 100 illiyi” medalı ilə təltif edilib.
 
Moderator. az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb:
“Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edildim. Yubiley medalı bugün, martın 28-də Media Agentliyində təltif edilən həmkarlarımla birlikdə mənə də təqdim olundu.
Cənab Prezidentə bu sanballı təltifə görə təşəkkürümü bildirirəm. 
Ümummilli Liderlə görüşmək, təmasda olmaq, onun qarşısında çıxış etmək və sual ünvanlamaq tarixi şanslar idi. Xoşbəxtəm ki, belə şanslar mənim də bəxtimə düşüb”.
Seçilən
127
28
Mənbələr
Şərh ()
Bağla