AZ

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Cinayət-Prosessual

Bakı, 29 mart, AZƏRTAC

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin martın 29-da keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişikliklər cinayət təqibi gedişində mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq, habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə həmin əmlakın idarə edilməsini nəzərdə tutur. Layihəyə əsasən üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşəcək.

Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 443-cü maddəsinə müvafiq dəyişikliklər edilərək, təxirəsalınmaz hallarda, məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında aparılmış istintaq hərəkətlərinin qanuniliyinin yoxlanılmasının xüsusiyyətlərini və nəticələrini müəyyənləşdirən yeni prosessual normalar əlavə edilir.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla