AZ

Çempionlar Liqasında yarımfinalçılar bilindi

Qadın futbolçular arasında Çempionlar Liqasında 1/4 finalın oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, dünən baş tutan oyunlarda “Barselona” “Brann”ı (3:1, ilk oyun 2:1), PSJ isə “Hekken”i (3:0, ilk oyun 2:1) məğlub edib.

Bundan əvvəl "Çelsi" və "Lion"da adlarını yarımfinala yazdırmağı bacarmışdı.

Final yolunda "Barselona" "Çelsi" ilə, "Lion" isə PSJ ilə qarşılaşacaq. İlk oyunlar aprelin 20-21-də, cavab qarşılaşmaları isə 27-28-də baş tutacaq.
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla