Bakı. Trend:
Ramazan bayramı ilə əlaqədar 10-14 aprel tarixlərindəBakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdəolacaq.
Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSCməlumat yayıb.
Bildirilib ki, 6 aprel iş günü müəyyən edildiyindən həmintarixdə Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri ləğv edilir.Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isəQəbələdən Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, qurumunsaytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldəedə bilərsiniz.