AZ

Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”

Siyavuş
“Rusiyada baş verən terror hadisəsindən sonra xaricdə oturan sapı özümüzdən olan insanlar aktivləşməyə başlayıb”. 1news.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.
“Bəziləri istəyirdi ki, kaş belə hadisə Azərbaycanda olmasını istəyirdi. Həmin şəxslər Azərbaycan xalqını düşünmürlər, yalnız öz maraqlarını güdürlər. Terrorun əsas mənbəyi maliyyədir. Bizim terrorla bağlı qanun layihəmiz var idi. Hesab edirəm ki, bu qanun layihəsi daha da sərtləşdirilməlidir. Heç kəs havadan insana pul vermir. Verdiyi pulun arxasında da hər hansı sifariş var. Ona görə də bu məsələyə xüsusi diqqət edilməlidir”, -deyə o bildirib. Siyavuş Novruzov əlavə edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazisində sosial xarakterli fövqəladə vəziyyət yaratmağa cəhd göstərsələr də, hüquq-mühafizə orqanları Prezidentin rəhbərliyi ilə bunun qarşısını aldı: "Daha sonra Azərbaycanı müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar. Bunun da qarşısı uğurla alındı".

Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Silahlı şəxslər konsert zalına soxularaq tamaşaçılara atəş açıblar. Hadisə nəticəsində 143 nəfər ölüb.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla