AZ

"Crocus”da baş verən terrorda xəsarət alanların sayı 551 nəfərə çatıb

Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 551 nəfərə çatıb. Bu barədə "İzvestiya” qəzeti məlumat yayıb.

Daha əvvəl xəsarət alanların sayı 382 nəfər idi.

Bir gün əvvəl Moskva vilayətinin Səhiyyə Nazirliyi xəsarət alan 77 nəfərin xəstəxanada müalicə olunduğunu, onlardan 47-nin evə buraxıldığını bildirmişdi.

www.anews.az
Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla