AZ

Mayamidə növbəti sensasiya

Mayamidə mövsümün ikinci “Masters” turniri sona yaxınlaşır. Kişilərin turnirində daha iki ¼ final oyunu baş tutub.

İlk olaraq korta Aleksandr Zverevlə Fabian Marojan çıxıb. Almaniyalı Zverev iki setdə qələbə qazanıb – 6:3, 7:5. Məğlubiyyətə baxmayaraq, macarıstanlı tennisçi turnirdə uğurlu çıxışı ilə reytinq ballarını xeyli artırıb. Gələn həftə yenilənəcək dünya sıralamasında o, ilk dəfə 50 ən yaxşı tennisçi arasına düşəcək.

Digər ¼ final oyununda sensasiya qeydə alınıb. Bolqarıstanlı Qriqor Dimitrov Karlos Alkarası iki setdə məğlub edib – 6:2, 6:4. Xatırladaq ki, Dimitrov ardıcıl ikinci oyundur ki, ispan tennisçiyə qalib gəlir.

Qadınların mübarizəsində isə finalçılar məlumdur. Yelena Rıbakina Viktoriya Azarenka üzərində qələbə qazanaraq ardıcıl ikinci il finala yüksəlib. Onun həlledici oyunda rəqibi Yekaterina Aleksandrovanı məğlub edən Daniella Kollinz olacaq.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla