AZ

“İkinci yarıya yaxşı başlasaq da, davamını gətirə bilmədik” – “Karvan”dan etiraf

“Karvan” mövsümün qış fasiləsindən sonrakı hissəsinə ardıcıl üç qələbə ilə başlayanda hər kəs yevlaxlıların da 1-ci liqada çempionluq mübarizəsinə qoşulduğunu düşündü. Amma belə olmadı.

“Football-plus.az” xəbər verir ki, komanda son 4 turda qələbəyə həsrət qalıb. Yevlaxlıların üzləşdiyi durumula bağlı bilgi almaq üçün baş məşqçi Kənan Kərimovla danışdıq:

“Doğrudu, ikinci yarıya yaxşı başlasaq da, davamını gətirə bilmədik. Bir sıra futbolçularım komandaya kömək edə bilmir. Budaq Nəsirov, Peter Kinqs zədəlidi. Əli Abdullazadə isə əməliyyat olunub. Onların köməyindən yararlana bilmirik. Kinqs həm komandamın yeganə legioneridi, həm də əsas qol silahlarından biridi. Uğursuzluğu tam bununla əlaqələndirmək istəmirəm. Amma bunlar da komandanın çıxışına təsir edən məqamlardı. Çempionluq yarışında isə mübarizəmiz davam edəcək. Yenidən toparlanmağa çalışacağıq”.

KAMAL SƏFƏR
Seçilən
63
Mənbələr
Şərh ()
Bağla