AZ

Elşad Qarayev Ağadadaşı Ağayevii duelə çağırdı 

Müğənni Elşad Qarayev onun ifasını tənqid edən Xalq artisti Ağadadaş Ağayevi duelə çağırıb. 

Axşam.az xəbər verir ki, ifaçı bu haqda "Rəngarəng səhər" proqramında deyib. O bildirib ki, A.Ağayevi duelə çağırır: 

"Ağadadaş Ağayevi duelə çağırıram. Gözləyirəm... Öz mahnılarıma nə olub ki, Ağadadaşın mahnısını oxuyum? Bu işin axırına çıxmalıyam ki, mahnını mən düz oxumuşam". 

Qeyd edək ki, A.Ağayev "Necə deyim" mahnısını oxuyan E.Qarayevin ünvanına "Mahnılarımı ifa edirlər, amma elə yanaşmalar var ki... Bəziləri mahnılarımı oxuyur, adlarını çəkməyim. Elə oxuyurlar ki, onların yerinə utanıram. Elşad Qarayev mahnımı oxuyub. Mahnını necə dəyişibsə... Şur üstündədir, segaha keçirsən və qayıdırsan şura. O isə başqa nəyəsə keçib. Elə bil gəzməyə gedib, evə qayıda bilməyib. Elşada ərkim çatır deyə, deyirəm. Özünə də demişəm ki, düz oxu" sözlərini söyləyib. 


Telegram kanalımız
Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla