AZ

Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakı regionun maraqlarına ziddir - İran XİN

Bakı. Trend:

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Xəzərdənizində üçüncü ölkələrin hərbi iştirakını regionun maraqlarınazidd hesab edib.

Trend xəbərverir ki, Abdullahian bu barədə Türkmənistanın xarici işlər naziriRəşid Meredovla danışıqlarda deyib.

İran XİN rəhbəri, həmçinin, "Xəzər beşliyi" (Azərbaycan, İran,Qazaxıstan, Rusiya və Türkmənistan) ölkələrinin hökumət başçılarısəviyyəsində 3-cü Xəzər İqtisadi Forumunu keçirməyi təklifedib.

Qeyd edək ki, 2-ci Xəzər İqtisadi Forumunu 2022-ci il 5-6oktyabr tarixlərində Moskvada keçirilib.

Hüseyn Əmir Abdullahian Türkmənistan prezidenti SərdarBerdiməhəmmədovla görüşüb.

"Biz enerji, tranzit, nəqliyyat, elm və texnologiyalar sahəsindəəməkdaşlığı möhkəmləndirmək barədə razılığa gəldik, ölkələrarasında ticarətin həcmi artır və gələcəkdə güclü artımgözləyirik", - deyə Abdullahian jurnalistlərə deyib.

Bundan başqa, nazir İran prezidenti İbrahim Rəisinin gələcəkdəAşqabada səfər edəcəyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla