AZ

"Azərbaycandakı demokratiyanı gözü götürməyənlər var" - Siyavuş Novruzov

“Demək olar ki, təhlükəsizlik dünyada birinci məsələyə çevrilib”.


Sfera.az verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruz deyib.

 

Millət vəkili bildirib ki, Azərbaycanda olan ictimai-siyasi sabitliyi gözü götürməyənlər var:

 

“Corc Buş çıxışında demişdi ki, Amerika öz fundamental dəyərlərindən geri çəkilərək, birinci yerə "vətəndaşlıq təhlükəsizlik" qanununu qoyur. Nə qədər terror əməliyyatı həyata keçirilməyə çalışılsa da, qarşısı təhlükəsizlik orqanlarımız tərəfindən alındı. Bütün beynəlxalq tədbirlər Azərbaycanda keçirilir. Bu da Azərbaycanda olan ictimai-siyasi sabitliyin, demokratiyanın bir nümunəsidir. Bunu gözü götürməyənlər çoxdur”.

 

"Rusiyada baş verən terror aktı barədə sapı özümüzdən baltalar deyirlər ki, kaş bu Azərbaycanda olardı. Onlar Azərbaycan vətəndaşlarını düşünmürlər.Terrorun əsas mənbəyi maliyyədir. Qanunvericiliyimizdə bu barədə ciddi müddəalar var. Əgər mənbəyi məlum olmayan vəsait varsa, onun qarşısı alınmalıdır. Heç kim heç kimə havadan pul vermir. Verilən pulların sifarişi var. Bunların qarşısı alınmalıdır”, - S.Novruzov bildirib.

 

Firuzə Əliyeva 
 

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla