Əməkdar artist Nüşabə Ələsgərli qatıldığı proqramlardan birində maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o, İran əsilli əri, fitnes məşqçisi Məhəmmədrza Məhəmmədidən 7 yaş böyük olduğu üçün qınandığını deyib.
“Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Ondan 7 yaş böyüyəm. Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib. Biz artıq 18 ildir ki, bir yerdəyik. 20 yaş kiçik olanlar var, heç dillənmirlər”- o bildirib.
Bu Nüşabə Ələsgərlinin ikinci evliliyidir. İlk nikahından 2 övladı var.