AZ

Bu qaydaların pozulmasına görə cərimə müəyyən edilir

Bakı. Trend:

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanıdavranış qaydalarına riayət edilməməsinə görə yeni cərimələr tətbiqediləcək.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinətəklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Sosial xarakterli fövqəladə mühit rejiminintətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə fizikişəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərüç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək yaxudişin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslərmin manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Seçilən
14
50
Mənbələr
Şərh ()
Bağla