AZ

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir

Bakı. Trend:

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslərüçün cəzalar sərtləşdirilir.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinətəklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldəolunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusirejimin pozulmasına görə fiziki şəxslər yüz əlli manatdan iki yüzəlli manatadək məbləğdə cərimə ediləcək və ya işin halları vəpozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərintətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbstətbiq olunacaq, vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüzmanatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beşyüz manatadək məbləğdə cərimə ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, gündəlik tələbat mallarının vəərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyənedilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər qırxmanatdan səksən manatadək məbləğdə cərimə edilir və ya işin hallarıvə pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərintətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibatihəbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüzmanatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beşyüz manatadək məbləğdə cərimə edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Seçilən
14
18
Mənbələr
Şərh ()
Bağla