AZ

Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

Bakı. Trend:

Məktəbəhazırlıq qruplarında , 4-cü və 6-cı siniflərdəşagirdlərin yerdəyişmə prosesi dayandırılacaq. Aprelin 3-ü saat17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərənməktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsiprosesi dayandırılacaq.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda 18 və 19 may tarixlərində ölkə üzrəIV və VI siniflərdə təhsilalanların nailiyyətlərininqiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.

Monitorinqə hazırlıq prosesi zamanı şagird yerdəyişməsihallarının olmaması üçün aprelin 15-i saat 17:00-dan IV və VIsiniflər üzrə də şagirdlərin yerdəyişməsi dayandırılacaq.

Qeyd edək ki, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.azportalı vasitəsilə həyata keçirilir. Şagird yerdəyişməsininelektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olanməsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilətəmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Seçilən
21
24
Mənbələr
Şərh ()
Bağla