AZ

"Azərbaycan milliyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni cür yanaşır" - Aydın Mirzəzadə

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzər Müvəkkili Səbinə Əliyeva Xankəndidə orada olan erməni sakinlərlə görüşdü. Bu da onu göstərdi ki, Azərbaycan dövləti milliyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni cür yanaşır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Aydın Mirzəzadə deyib.

“Dünya Azərbaycanı daha yaxşı tanımalıdır. İlk növbədə bunu Fransa Prezidenti Emmanuel Makrona yönləndirmək istəyirəm. Azərbaycan hər bir vətəndaşının taleyi ilə maraqlanır.

Fransa Ermənistanı bacardığı qədər müdafiə edir. Amma bu siyasətin heç bir nəticəsi yoxdur. Çünki bu siyasətin arxasında Azərbaycanı gözdən salmaq məqsədi dayanır. Amma onlar buna heç vaxt nəticə verməyəcək”,- deyə o əlavə edib.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla