AZ

“Crocus City Hall”da yaralananların sayı artdı

 

Moskvada “Crocus City Hall”da törədilən terror aktı zamanı yaralananların sayı 382 nəfərə çatıb. 

Onlardan əksəriyyətinə ambulator yardım edilib. 

Bundan əvvəl, yaralı sayı 360 nəfər təşkil edirdi. Bildirilir ki, yaralı sayının artması insanların terror baş verən gecə hadisə yerini şok halda tərk etməsi və dərhal həkimə müraciət etməməsi ilə əlaqəlidir.

Xatırladaq ki, martın 22-si baş verən terror aktı zamanı 143 nəfər həlak olub.

Mənbə: qafqazinfo.az

Aqreqator
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla