AZ

Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdı

Sahibə

“Cenevrə şəhərində Azərbaycan və Ermənistan parlament sədrləri arasında keçirilən görüşdə aparılmış müzakirələr zamanı iki ölkə arasında əlaqələrə parlamentin töhfəsi barədə danışıldı”.

1news.azxəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.
“Müzakirələr zamanı davam edən sülh danışıqlarıda iki ölkə parlamentinin prosesə verəcəyi dəstək və başqa məsələlərə toxunuldu".

Qeyd edək ki, Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla