AZ

"Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında görüş baş tutdu" - Sahibə Qafarova

“22-26 mart tarixlərində İsveçrədə işgüzar səfərdə olduq”.


Sfera.az verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.


“Parlamentlərarası əlaqə, sülh üçün körpülər qurmaq adına müzakirələr aparıldı. Bildirdim ki, parlamentlər sülh və əminamanlıq üçün töhfələr verə bilər. Toplantıda qoşulmama hərəkatına Azərbaycanın sədrliyi dövründə atılan addımların hərəkatın inkişafı üçün vacibliyini qeyd etdim.

 

Konfransda iqlim dəyişikliyi ilə mübarizə mövzusu ətrafında müzakirələr aparıldı. Yekunda Cenevrə bəyənnaməsi qəbul edildi. Hər 3 toplantıda bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 tədbirindən danışıldı. Serbiya, Əlcəzair, Qazaxıstan parlamentlərinin sədrləri ilə ikili və çoxtərəfli görüşlər keçirildi, fikir mübadiləsi aparıldı. Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında görüş baş tutdu. Davam edən sülh danışıqları çərçivəsində hər iki tərəfin hansı formada sülhə töhfə verə biləcəyi barədə danışıldı”. 

 

Firuzə Əliyeva 

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla