AZ

FTX-nin keçmiş baş direktoru Bankman-Fried üçün 25 il həbs

FTX kriptovalyuta birjasının qurucusu və keçmiş baş direktoru Sam Bankman-Fried dələduzluq və çirkli pulların yuyulmasında mühakimə olunduğu cinayət işində 25 il müddətinə azadlıqdan məhrum edilib.

Fins.az xəbər verir ki, FTX müştərilərinin 8 milyard dollardan çox pulunun itirildiyi, Bankman-Friedin bunu ört-basdır etdiyi və FTX investorlarını aldatdığı iddiası ilə cinayət işi açıldı.

Prokurorlar Bankman-Fried-in 40 ildən 50 ilə qədər həbs edilməsini istəyərkən, müdafiə vəkilləri "bu, ilk dəfə zorakılıq olmayan cinayətdir" və "FTX müştərilərinə pullarının geri qaytarılacağını" əsas gətirərək, 5 ildən 6,5 ilə qədər həbs cəzası istəyiblər.

Hakim Lyuis Kaplan Bankman-Fridi 25 il müddətinə azadlıqdan məhrum edib.

Bildirilib ki, Bankman-Frid hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla