Bakı. Trend:
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidmətiaçıqlayıb.
Yığıncaqda “Lion” klubunun şikayətinə baxılıb. Müraciət qisməntəmin edilib.
U-15 Liqasının “Səbail” – “Lion” oyunundan sonra qonaqlarınazarkeşləri hakimləri təhqir edib, onlara hədə-qorxu gəlib.AFFA-nın İntizam Komitəsi klubun 3 ev oyununu azarkeşsizkeçirməsinə qərar verib.
Apellyasiya Arbitraj Tribunalı bu cəzanı ləğv edib. İş yenidənbaxılması üçün AFFA-nın İntizam Komitəsinə göndərilib.
Qeyd edək ki, apellyasiya şikayətinin qalan hissədə baxılmamışsaxlanılıb.