AZ

“Prius”lar bir gecədə kəskin ucuzlaşdı

“Satışa çıxarılan “Prius”ların sayı bir gecədə 3 dəfə artıb. Paytaxt ərazisində fəaliyyət göstərən taksilərin əksəriyyətinin "Prius" olması bəlli məsələdir. Yeni qərarla istehsal ili 2006-2007-ci illər olan həmin avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Ona görə də, əlində belə maşını olanlar tezbazar satmağa çalışır”.

Publika.az xəbər verir ki, bunu “Operativ Media”ya açıqlamasında avtomobil bazarı üzrə ekspert Elnur Sərdarlı deyib.

Ekspertin sözlərinə görə, bu qərar gözlənilən idi. Lakin taksi parkı olan şəxslər düşünürdü ki, hansısa formada fəaliyyət göstərəcəklər. İndi isə vəziyyət dəyişib.

“Taksi fəaliyyəti ilə bağlı tələblərin sərtləşdirilməsi ölkənin taksi parkında olan vəziyyəti dəyişib. Paytaxt Bakıda olan taksi minik vasitələrinin əksəriyyəti yeni tələblərə uyğun deyil. Nazirlər Kabinetinin taksilərin rəngi ilə bağlı yeni tələbi və il məhdudiyyəti ilə bağlı qərarın iyul ayında başlaması bir çox taksi sürücüsün çıxılmaz vəziyyətdə qoyub. Xüsusilə biznesmenlər bir neçə ucuz avtomobil alaraq gündəlik icarəyə verirdilər. Sürücülər 18 saat işləsə belə də, qazanc əsas sahibkarın idi. Ən çox istifadə olunan isə "Toyota Prius"lar idi. Qiyməti ucuz və ekonom olan bu maşınlar Bakıda heç də yaxşı tanınmırdı. Çünki qəzaların çoxu bu maşınların iştirakı ilə olurdu. İndi isə böyük əksəriyyəti satışa çıxarılıb”.

Seçilən
101
10
Mənbələr
Şərh ()
Bağla