AZ

Maşınların arasında qalan MİS əməkdaşı ayaqlarını itirdi

 

Xətai rayonu Afiyyədin Cəlilov küçəsində ağır yol qəzası qeydə alınıb.

Əyləncə mərkəzinin məişət tullantılarını yük maşınına yükləyən Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşı 51 yaşlı Babakişiyev Məmməd Əzizağa oğlunu “Toyota” markalı avtomobil vurub.

Zərbə zamanı yük avtomobilinə çırpılan M. Babakişiyev hər iki ayağından ağır xəsarət alıb. Kliniki Tibbi Mərkəzə çatdırılan şəxs cərrahi əməliyyat edilib.

Növbətçi həkimin verdiyi məlumata görə, Məmməd Babakişiyevin hər iki ayağı amputasiya edilib.

Hadisə üzrə əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Mənbə: qafqazinfo.az

Aqreqator
Seçilən
63
19
Mənbələr
Şərh ()
Bağla