AZ

“Azərbaycanda terror hadisəsi törətmək çox çətindir“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Günümüzdə dünyada terror hadisələri baş alıb gedir. Martın 22-də Moskva ətrafında baş verən terror nəticəsində də artıq 140 nəfərdən artıq şəxs dünyasını dəyişib, xeyli sayda yaralılar var. Terror hadisələri dünyada insanları vahiməyə salmaqla dövlətlərə təzyiq etmək məqsədi daşıyır və həqiqətən də insanlar arasında ciddi narahatlığa səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Politoloq bildirib ki, hər kəs terror hadisələrinin qarşısının alınması üçün çalışmalıdır və biz Moskvada baş verən terror aktını da pisləyirik: "Bizim bədnam qonşularımız tərəfindən 1890-cı ildə Tiflisdə terror təşkilatı yaradıldı və həmin təşkilatda xeyli sayda Azərbaycan və Türkiyə diplomatları, dövlət xadimlərini öldürdülər.

Bu günlərdə BMT tərəfindən dünyada baş verən terror hadisələrinə görə ölkələr sıralanıb. Bu siyahıda ilk sıralarda Rusiya, Amerika, İsrail və digər ölkələr yer alıb. Lakin Azərbaycan 1987-ci ildə sıfır indeksi ilə Danimarka, Finlandiya və Qətərlə bir sırada dayanıb. Yəni, Azərbaycan ən təhlükəsiz, terrordan uzaq ölkə kimi qeydə alınıb. Azərbaycan ölkə başçısının da dediyi ki, dövlətimiz azadlıq adasıdır. Bu da təbii ki, Azərbaycan Prezidentinin apardığı siyasətinin nəticəsidir. Buna görə də bu gün Azərbaycanda terror hadisəsi törətmək çox çətindir. Amma nəzərə almaq lazımdır ki, heç bir ölkə də terror hadisələrindən sığortalanmayıb”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla