AZ

"Qarabağ" bu gün çempionluğunu rəsmiləşdirəcək?

Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə 3-cü yerdəki "Neftçi" autsayder "Qəbələ"nin qonağı olacaq. Görüş saat 16:30-a başlayacaq.

Digər oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşacaq. Ağdam təmsilçisi bu gün çempionluğu rəsmiləşdirə bilər. Bunun üçün "köhlən atlar"a 1 xal da kifayət edir. Ağdam klubu uduzmayacağı halda, tarixində 11-ci dəfə Azərbaycan çempionu olacaq.

Qeyd edək ki, 28-ci tura 30 və 31 mart tarixlərində keçiriləcək oyunlara yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 28-ci tur

29 mart (cümə)

16:30 Qəbələ – Neftçi
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu

19:00 Kəpəz – Qarabağ
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu

Seçilən
141
4
Mənbələr
Şərh ()
Bağla