Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XXVIII turunda keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” matçına təyinatlar açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.
Martın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq görüş saat 18:00-da start götürəcək.
“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abasov