AZ

Xocalıya ilk bu şəxslər köçəcək

“Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq” 
 
Bunu Moderator.az-a açıqlamasında Millət vəkili Elman Məmmədov bildirib. Qeyd edib ki, Xocalıya ilk köç edənlər qəza vəziyyətində yaşayan məcburi köçkünlər olacaq:
“Xocalıya köç barədə cənab prezidentimiz İlham Əliyev yeni il qabağı məlumat vermişdi. Ondan əlavə Ali Baş Komandanımız Xocalıya səfərində də bu barədə kifayət qədər danışdı. Məndə olan məlumata görə bu il köç olacaq. Xocalıya ilk köç Mayın sonu İyunun əvvəlində baş tutacaq. İlkin olaraq 50 ailənin köçü gözlənilir. Bu köç daha sonra ardıcıl şəkildə davam edəcək. Hazırda Xocalıda 500-dən artıq evlərin tamamlanma işləri gedir. Orada infrastruktur təminatı aparılır.
 Xocalıya ilk qəza vəziyyətində olan binalarda yaşayan, yaşayış vəziyyəti bərbad olan sakinlər köç edəcək”.
 
 
 Moderator.az 
 
Seçilən
32
2
Mənbələr
Şərh ()
Bağla