AZ

“Kaspian İnterneşnl Brouking” şirkətinin vəziyyəti - MƏLUM OLDU - HESABAT

“Kaspian İnterneşnl Brouking” MMC 2023-cü ilin maliyyə nəticələrini açıqlayıb.

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkət ötən ili 1 milyon 776 min manat xalis mənfəətlə başa vurub. Bu ötən illə müqayisədə 210 min manat və ya 13% çoxdur.

Şirkət ötən il 454 min manata yaxın mənfəət vergisi ödəyib.

“Kaspian İnterneşnl Brouking” MMC cəmi gəlirləri 2 milyon 655 min manat, cəmi xərcləri 426 min manat təşkil edib.

Şirkət ötən il 2 milyon 632 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 918 min manat və ya 53,6% artıb.

Öhdəliklər isə 858 min manat və ya 2,4 dəfə azalaraq 614 min manata düşüb.

Balans kapitalı isə 1 milyon 776 min manat və ya 8,3 dəfə artaraq 2 milyon 18 min manat təşkil edib.

Bölüşdürülməmiş mənfəətin həcmi isə 225 min manat olub ki, bu da illik müqayisə ilə eyni həcmdə azalaraq 225 min manata düşüb.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla