AZ

Rusiya - Ukrayna müharibəsinin gerçək hədəfləri… - ŞOK DETALLAR

Bu müharibə nə Rusiyanın, nə də Ukraynanın istəyi ilə baş verib. Bu müharibə Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında gərginləşən münasibətlərin nəticəsi kimi də dəyərləndirilməməlidir. Bu müharibənin daha qlobal səbəbləri var. Bu, dünyanı yenidən bölüşdürmək uğrunda iki nəhəngin – ABŞ və Çinin arasında gedən elan olunmamış müharibənin bir fraqmentidir.

Bu gün Rusiya-Ukrayna müharibəsində bu və ya digər şəkildə iştirak edən bütün tərəflər dünyanı yenidən bölüşdürəcək iki nəhəngin gələcək maraqlarını təmin etmək üçün oyuna cəlb edilmiş tərəflərdi. ABŞ artıq çoxdandır ki, Çinə qarşı apardığı mübarizənin hərbi münaqişə müstəvisinə keçməsinə çalışırdı. Çoxları bu müharibənin ABŞ-la Çin arasında gedən gizli münaqişəyə bağlılığını dəyərləndirə bilməsələr də gerçəklər bu bağlılığı çılpaqlığı ilə ortaya qoyur...

ABŞ-nin Çinə qarşı aqressiyasının arxasında nələr dayanır?

Yun-Sun-Presidential-inbox-1_0.jpg

Bir məsələni nə siyasi nə də iqtisadi şərhçilər unutmamalıdılar. Bütün səviyyələrdən olan münaqişələrin kökündə iqtisadi maraqlar, biznes maraqları dayanır. Birləşmiş Ştatlar son onillikdə dəfələrlə Çinin iqtisadi inkişafının qarşısını almaq üçün gedişlər etsə də bütün bunlar sonda Çin iqtisadiyyatının geriləməsinə deyil, əksinə, bir qədər də irəliləməsinə səbəb oldu. Çinin iqtisadi lokomotivini durdurmaq üçün son on ildə atılan bütün addımlar – “Quş qripi”, “COVİD-19” kimi epidemiyalar, Çinin xarici ticarətinə yönəlmiş “rüsum” müharibələri, Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı ortaya alternativ layihələr çıxardılması kimi addımlar heç bir nəticə vermədi. Çünkü Çin bütün bunların qarşılığını vermək iqtidarında olan bir dövlətdir.

Bu gün Qırmızı dənizdə husilərin hücumlarının qarşısını almaqda ABŞ-nin “acizlik” nümayiş etdirməsi də gülüncdür. Husilər ABŞ-nin maraqlarına uyğun Çin ticarətinə əngəl yaratmaq kimi hədəfləri reallaşdırırlar. Yüklərin qısa yolla deyil, Afrika qitəsinin başına dolanmaqla Qərb bazarlarına çatdırılması və bunun üçün 6,5 min kilometr əlavə yol qət edilməsi, 9 gün əlavə vaxt sərf edilməsi, son nəticədə Çinin xarici ticarətinin əngəllənməsi, kapitalın dövriyyə sürətinin zəifləməsi və deməli götürüləcək mənfəətin həcminin azalması deməkdir.

Bəs Birləşmiş Ştatlar nədən Çin iqtisadiyyatının inkişafını əngəlləmək üçün bu qədər dəridən-qabıqdan çıxır?

U.S.-China-Trade-War-Tariffs.jpg

Bu sualın çox aydın bir cavabı var. ABŞ-nin istəyi Çinin sürətli inkişafını əngəlləməklə onu zəiflətmək və qarşıdakı illərdə dünyada iqtisadi maraqların yenidən bölgüsü prossesində Çinin daha çox paya sahiblənmək kimi iddiasını durdurmaqdır. Çin bütün bu oyunları yaxşı başa düşür və bu konteksdə məharətlə öz oyununu oynayır.

Bu gün xarici borcu 35 trilyon dollara yaxınlaşan və hər il 1,5 - 2,0 trilyon dollar artan ABŞ öz iqtisadiyyatını təmin edə biləcək və onu bu vəziyyətdən çıxara biləcək yeni resurs mənbələri axtarışındadı. Birləşmiş Ştatların başqa çıxış yolu yoxdur. O, öz hegomonluğunu qoruyub saxlamaq üçün Çinin önə çıxmasına imkan verməməlidi.

Çinlə mübarizədə üstünlük qazanmaq üçün ABŞ-n seçdiyi bir başqa yol, qarşıya qoyulan hədəfə hərbi münaqişələr vasitəsilə çatmaqdır. Tayvanla Çin arasındakı münaqişənin hərbi müstəviyə keçilməsi Çinin ağıllı davranışı fonunda baş tutmadı.
Bəs Rusiya ilə Ukrayna arasında artıq üçüncü ildir davam edən müharibənin ABŞ-n Çinə göstərmək istədiyi basqılarla nə kimi əlaqəsi var?

Öncə Birləşmiş Ştatların bu münaqişəni necə yetişdirdiyi tarixə qısa bir nəzər salaq, sonra bu əlaqənin üzərinə qayıdaq. Bu müharibəni körükləyən hadisələrin baş vermə tarixlərinə diqqət edək.

220811_taiwan_wargame_getty

2008-ci ilin aprel ayının 2-4 də Rumuniyanın paytaxtı Buxarest şəhərində NATO-nun 20-ci sammiti keçirilir və bu sammitdə ABŞ prezidenti C.Buş NATO həmkarlarına ciddi təziq göstərərək onlardan Gürcüstan və Ukraynanı NATO-ya qəbul olunmağa dəvət etmək ideyasını dəstəkləmələrini təkidlə tələb edir. Lakin onun bu təklifi keçmir. C.Buşun bu təklifi qəbul olunmasada, NATO-nun üzv ölkələri bu qurumun aparıcı dövlətinə hörmət əlaməti olaraq Sammitin yekun sənədində gələcəkdə Gürcüstan və Ukraynanın NATO-ya üzv qəbul edilməsinə dair bulanıq bir maddə salınmasına etiraz etmirlər. O vaxtlar Birləşmiş Ştatların Moskvada səfiri olmuş və hal-hazırda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində çalışan Uilyam Börns həmin vaxt bununla bağlı Xarici İşlər Nazirliyinə teleqram göndərərək ABŞ hökumətini xəbərdar etmiş və bildirmişdi ki, bu addım Rusiyaya Krıma və Ukraynanın şərqinə hərbi müdaxilə etmək üçün əsas verə bilər və şübhə yoxdur ki, Putin NATO-nun bu addımına kəskin bir formada cavab verəcəkdir. Peşəkar diplomat haqlı idi. Rusiya Qərbin bu addımına ilk cavabı Gürcüstanda verdi. NATO-nun Buxarest Sammitindən sonra Qərbin təhriki ilə Gürcüstan 07-08 avqust 2008-ci il tarixdə Cənubi Osetiyaya hücum etdi. Buna cavab olaraq Rusiya 8 avqustda konflikt zonasına hərbi qüvvələrini yeritdi və əgər Qərbin ciddi müdaxiləsi olmasaydı, rus qoşunları bir neçə saat ərzində Gürcüstanın paytaxtını işğal edib, Saakaşvili hakimiyyətini devirə bilərdi. Baxın, NATO-nun Buxarest Sammitinin keçirildiyi vaxtdan cəmi 4 ay sonra Gürcüstan Cənubi Osetiyaya hücum edir və ağır məğlubiyyətə düçar olur.

Gürcüstanda baş vermiş hadisələrdən fərqli olaraq ABŞ Ukraynada daha çox iş görməli oldu və nəhayət Rusiya Ukrayna münaqişəsində əsas dönüşə 2014-cü ildə nail ola bildi. Birləşmiş Ştatların Kiyevdə təşkil etdiyi dövlət çevrilişindən sonra Rusiya ilə Ukrayna arasında gərginlik artmağa başladı. Bu çevriliş Donbasda vətəndaş qarşıdurmasına və rusdilli əhalinin hüquqlarının pozulmasına gətirib çıxartdı. Getdikcə böyüyən münaqişə və Qərbin körüklədiyi gərginlik sonda Rusiya ilə Ukrayna arasında hərbi münaqişəyə gətirib çıxartdı. Rusiya 2022-ci ilin fevral ayının 24-də Ukraynaya qarşı müharibəyə başladı. ABŞ nəhayət istədiyinə nail oldu. Bu günə qədər də Birləşmiş Ştatlar bu hərbi toqquşmanın qarşısını almaq əvəzinə onu daha da alovlandırmaq yolunu davam etdirir. Əslində bu müharibə başladığı tarixdən keçən bir aydan bir qədər artıq vaxtdan sonra – yəni mart ayının sonlarında yekunlaşa bilərdi. 2022-ci ilin mart ayının sonlarında İstanbulda keçirilən danışıqlarda Ukrayna və Rusiya hər iki tərəfi qane edən razılığa gəlmişdilər. Razılaşmaya görə Ukrayna NATO-ya üzvülükdən imtina edib, neytral status qəbul etməli, Rusiya isə bunun əvəzində öz qoşunlarını müharibə başlayan günə qədər mövcud olmuş sərhədlərə qədər geri çəkməli idi. Lakin Qərbin və ilk növbədə ABŞ-nin təziqi ilə Ukrayna bu sənədi imzalamaqdan imtina etdi.

ABŞ bu münaqişədə nəyə nail olmaq istəyir? Heç şübhəsiz Birləşmiş Ştatlar anti-Çin kimi gördüyü Rusiyanın bu müharibədə tamamilə məğlub olmasını istəmir. Sadəcə ona sındırılmış və sözə baxan Rusiya lazımdı ki, gələcəkdə onun resurslarından maksimum yararlansın və onu Çinə qarşı istifadə edə bilsin. Ukrayna bu müharibəni artıq uduzub. Rusiyanın Odessa şəhəri daxil Ukraynanın cənubunu işğal etməsi və oradan Moldovaya çıxaraq Prednistroviyanı nəzarətə götürməsi yaxın gələcəyin işidir.

c53dd7f68aac2d04d4d46c15c33ecc9b.jpg

ABŞ-nin bu müharibədə əsas hədəflərindən biri də Avropa Birliyini Rusiya ilə üz-üz qoyub onu maksimum zəiflətməkdir. Anqlosaksların uzağa hesablanmış bu planı artıq çoxdandır işə düşüb. Bu planın tərkib hissələrindən biri İngiltərəni gələcəkdə zəiflədilərək çökdürüləcək Avropa Birliyinin sıralarından çıxartmaq idi ki, bu da illər öncə baş verdi. ABŞ və İngiltərə başda olmaqla anqlosaksların Avropa Birliyini zəiflədərək çökdürmək planı reallaşmaqdadır. Birləşmiş Ştatlar son vaxtlar Ukraynaya yardımlarla bağlı yalnız “dil pəhlavanı” obrazını yaradır. Ukraynanın bu müharibədə Rusiyaya qalib gəlməsi üçün ona bir neçə yüz milyard dollarlər həcmində yardımlar göstərilməli olduğu halda, artıq çoxdandır ki, cəbhədə silah-sursat çatışmazlığından əziyyət çəkən Ukrayna ordusuna yardımlar demək olar ki, dayandırılıb. ABŞ-nin Ukraynaya ayrılması vəd olunan 60 milyard dollarlıq yardımından isə artıq aylarladı bir xəbər yoxdu. Belə olan halda bütün yük Avropa Birliyinin və ilk növbədə Almaniyanın üzərinə düşür. Fransa isə fransız-erməni xislətinə uyğun olaraq ortada bütün qapılara oynamaqla məşğuldu.

Bu müharibədən ABŞ-nin əsas gözləntisi Rusiya və Ukrayna üzərindən keçərək Avropaya istiqamətlənən bütün kommunikasiyaları öz nəzarətinə götürməkdir. Dünyada iqtisadi maraqların yenidən bölüşdürülməsi ərazilərin xəritəsinin dəyişdirilməsi demək deyil. Bu sadəcə olaraq kommunikasiyalara nəzarət etmək deməkdir. Gedən oyunlarda Çinin maraqları hansı şəkildə təmin ediləcək? Bu artıq iki nəhəngin – ABŞ və Çinin arasında yaxın illərdə razılaşdırılacaq. İlkin məlum olan budur ki, son illərdə Çinlə ABŞ arasında bu mövzuda aparılan danışıqlarda Birləşmiş Ştatlar bölgü prossesləri başa çatdıqdan sonra Çinə 25% pay təklif edir, Çin isə bununla razılaşmır və payının 50% olmasını istəyir. Hadisələrin gedişi sonda bu bölgünün də hansı səviyyədə aparılacağına aydınlıq gətirəcəkdir.

Rusiya – Ukrayna müharibəsinin gerçək hədəfləri ortadadı…

Yusifov_Fikrət.jpg

Fikrət Yusifov,
iqtisad elmləri doktoru,
professor

Seçilən
27
50
Mənbələr
Şərh ()
Bağla