AZ

"Qarabağ" çempionluğa doğru - YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək.

Offsideplus.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasiləsən sonra keçiriləcək XXVIII turun ilk günündə iki matç baş tutacaq.

Dövrənin startı Qəbələdə gerçəkləşəcək. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Kaxaber Tsxadadzenin yetirmələri “Neftçi”ni qəbul edəcək. İkinci yer üçün vuruşan bakılılar səfər görüşünün favoritirdir.

Günə Tofiq Bəhramov adına Respublika stadionunda yekun vurulacaq. Stadion tapa bilmədiyi üçün ev oyununu rəqibinin meydanında keçirən “Kəpəz” “Qarabağ”ı qəbul edəcək.

Bu görüş Qurban Qurbanovun yetirmələrinin çempionluğu təmin etməsi ilə nəticələnə bilər. Ağdam klubu uduzmasa ardıcıl 3-cü, tarixində 11-ci dəfə qızıl medallara yiyələnəcək.

Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXVIII tur
28 mart
16:30. “Qəbələ” – “Neftçi”
Baş hakim:
 Cavid Cəlilov
Qəbələ şəhər stadionu

19:00. “Kəpəz” – “Qarabağ”
Baş hakim:
 Rauf Cabarov
Tofiq Bəhramov adına Respublika stadionu

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla