AZ

Savçukla görüş mənim üçün xoş bir revanş oldu - Zeynəb Rəhimova

Bakı. Trend:

Çox sevinirəm ki, öz vətənimdə keçirilən beynəlxalq turnirdəçempion oldum.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu Azərbaycan millisinin boksçusuZeynəb Rəhimova (54 kq) deyib.

Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirində qızılmedal qazanan idmançı qələbəsini şərh edib.

O bildirib ki, paytaxtdakı döyüşdə Avropa çempionatındakıməğlubiyyətinin də revanşını alıb:

“Finala gedən yolda italiyalı Alyona Savçukla üz-üzə gəldim.Onunla daha öncədən tanış idik. 2022-ci ildə Budvada keçirilənAvropa çempionatında qarşılaşmışdıq və uduzmuşdum. Bu baxımdan sırfbu görüş mənim üçün xoş bir revanş oldu. Düzdür, qarşılaşma çətinkeçdi. Savçuka əvvəl məğlub olduğumdan psixoloji gərginliyim vardı.Amma hər şey istədiyim kimi alındı. Öz vətənimdə onu məğlub etməyibacardım”.

O, qızıl medal görüşünün də gərgin alındığını deyib:

“Finalda özbək boksçu ilə döyüşdüm. Onu 4:1 hesabla məğlubedərək qızıl medala yiyələndim və Azərbaycan himnini səsləndirdim.Qarşıda bizi Avropa çempionatı gözləyir. Bu yarışa da tam gücümləhazırlaşıram. İnanıram ki, qitə birinciliyində də çempionolacağam”.

Qeyd edək ki, Rəhimov finalda özbəkistanlı Şahina Nematovanıməğlub edib.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla