AZ

"Lamborghini" 20 ildən sonra loqosunu dəyişdi - FOTOlar

İtaliyanın "Lamborghini" şirkəti 20 ildən artıq müddətdə ilk dəfə olaraq "qəzəbli öküz" loqosunu dəyişib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə istehsalçının saytında məlumat verilir.

Yeni simvolikada öküz şəkli qalıb, lakin indi rəng sxemi baxımından daha minimalist olub. Ümumilikdə isə, loqo digər əsas xüsusiyyətlərini qoruyub saxlayıb: heraldik qalxan və yuxarı kənar boyunca brend adı. Eyni zamanda, rəsm daha yastı olub, çünki dizaynerlər relyeflərdən imtina etmək qərarına gəliblər.

Qeyd olunur ki, yeni "Lamborghini" loqosunun əsas rəngləri ağ-qaradır, əvvəlki sarı və qızılı isə çalar kimi qalıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
55
4
Mənbələr
Şərh ()
Bağla