AZ

ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə Hacıqabul Quşçuluq Şirkətinin direktoru Nemət Babaşov, Keyfiyyətə nəzarət şöbəsinin müdiri, aqrar e.ü.f.d.dosent Şəlalə Zeynalova, baş baytar həkim Tarık Odabaşı və ADAU rəhbərliyi iştirak edib.

Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov qonaqları ali təhsil müəssisəsində görməkdən məmnunluğunu bildirərək əməkdaşlıq məsələlərinə toxunub. Rektor bildirib ki, keyfiyyətli və dayanıqlı kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması üçün yerli və xarici şirkətlərlə əməkdaşlığa böyük önəm verilir.

Sonra Nemət Babaşov çıxış edərək təmsil etdiyi şirkət haqqında məlumat verib. Diqqətə çatdırıb ki, “Hacıqabul Quşçuluq Şirkəti” MMC 1976-cı ildə Adışirin Babaşov tərəfindən Hacıqabul rayonunun Ağacanlı kəndində qurulub. Daima ən yeni istehsal texnologiyaları və avadanlıqlardan istifadə edən fabrik hazırda illik 648.000.000 ədəd yumurta istehsal gücü ilə ölkəmizin, eləcə də Zaqafqaziyanın ən böyük yumurta istehsalçısıdır.

Görüşdə birgə əməkdaşlıq, tələbələrin təcrübə məsələləri, birgə elmi-tədqiqat işlərinin aparılması və digər məsələlər müzakirə olunub.

Sonda Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında birgə əməkdaşlıq memorandum imzalanıb.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla