AZ

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Madaqaskarda

Bakı, 29 mart, AZƏRTAC

Madaqaskar meteorologiya xidmətinin məlumatına görə, tropik “Qamane” qasırğası ölkənin şimalında 14 nəfərin ölümünə səbəb olub, daha üç nəfər isə itkin düşüb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, güclü yağışlarla müşayiət olunan “Qamane” qasırğası ölkənin yeddi rayonuna təsir edib. Təbii fəlakətdən ümumilikdə 36,3 mindən çox insan zərər çəkib. Qasırğa və daşqınların təsirinə məruz qalan bölgədən təxminən 4849 ailə təxliyə olunub, 1698 çəltik tarlası su altında qalıb.

Hakimiyyət orqanlarının məlumatına görə, Madaqaskar Silahlı Qüvvələri və Daxili İşlər Nazirliyi insanların xilas edilməsi, daha təhlükəsiz yerlərə köçürülməsi və kommunikasiya xətlərinin bərpası üçün səfərbər olunub.

Xaırladaq ki, Madaqaskar Afrikanın siklonlara meyilli və təbii fəlakətlərə ən çox məruz qalan ilk on ölkəsindən biridir.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla