AZ

Ncitap test etdirdi, boşandı

“Real” və “Çelsi” kimi klublarda oynamış məşhur futbolçu Jeremi Ncitap həyat yoldaşından ayrılıb. Bunun səbəb DNT testləridir.

Futbolinfo.az xəbər verir ki, kamerunlu futbolçu övladlarının həqiqi atası olmasında şübhələnib. Bundan sonra edilən testlər onu məyus edib. Sən demə, onun övladlarının atası xanımının keçmiş sevgilisi imiş.

Ncitap ailəsinn əkizləri 2008-ci ildə doğulub. Onlar münasibətlərini yalnız bundan 4 il sonra rəsmiləşdirib. İndi isə Jeremi aldadıldığının fərqinə varıb və boşanmağı lazım bilib.

Hazırda 45 yaşı olan sabiq cinah müdafiəçisi, karyerasını 2011-ci ildə başa vurub. İngiltərə, İspaniya, Türkiyə və Yunanıstanda müxtəlif klublarda oynamış Ncitap hazırda məşqçi kimi çalışır.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla