AZ

İslamofob Makronun növbəti addımı - Paris olimpiadasında hicab qadağası

Bakı. Trend:

Fransanın 2024-cü il Paris Olimpiadasında öz idmançılarına hicabgeyinməyi qadağan etməsi dünya miqyasında qəzəb doğurub.

Trend-in TurkicWorld-ə istinadənməlumatına görə, Fransanın idman nazirinin hicab qadağası ilə bağlımübahisəli addımı müsəlman geyiminə qoyulan məhdudiyyətlərinsərtləşməsi ilə internetdə etirazlara səbəb olub.

Fransanın idman naziri Amelie Oudea-Kastera bazar günü bəyanedib ki, qarşıdan gələn 2024-cü il Paris Olimpiya Oyunlarındaiştirak edəcək fransalı idmançılara hicab geyinməyə icazəverilməyəcək.

"France 3" telekanalı efirində “Siyasətdə bazar günü”verilişində danışan Oudea-Kastera baş örtüyünə olan qadağanınmüzakirəyə qapalı olduğunu deyib.

“Fransa komandalarımızdakı nümayəndə heyətlərimizin üzvlərihicab və ya onu əvəz edəcək hər hansı bir örtük taxmayacaqlar.Mövzu ilə bağlı Fransanın mövqeyinə gəlincə, Dövlət Şurasının buyaxınlarda qəbul etdiyi qərar sayəsində idman sahəsində ciddişəkildə tətbiq olunan dünyəvilik rejiminə bağlılığımızı çox aydınşəkildə ifadə emişik”, – deyə o bildirib.

Qeyd edək ki, Fransada müsəlman geyiminə qarşı artan nəzarətfonunda, məktəbli qızların abaya geyinməsi qadağası mövcuddur.

Fransa artıq dövlət idarələri, məktəblər və universitetlər dədaxil olmaqla, dövlət müəssisələrində müsəlman qadınların çadra vəya hicab taxmasına qadağa qoyur. Bir çox işəgötürənlər dəqeyri-rəsmi olaraq hicab taxan və ya işə başlayan qadınları işəgötürməkdən imtina edirlər.

Bu mübahisəli tədbirlərin arxasında görünən səbəb müsəlmanlarıFransa dövləti tərəfindən tətbiq edilən dünyəviliyə uyğunlaşmağaməcbur etməkdir.

Nəzəri cəhətdən bütün dinlərə şamil olunsa da, bu sərtsiyasətlər əsasən mədəni və ya dini səbəblərdən hicab və ya abayataxan müsəlman qadınlara təsir edir.

Fransa idman nazirinin bu qərarına cavab olaraq, BirləşmişMillətlər Təşkilatının İnsan Hüquqları Bürosunun sözçüsü MartaHurtado Cenevrədə jurnalistlərə deyib ki, heç kim qadına nəgeyinməli və eləcə də, nəyi geyinməməli olduğunu diktə edəbilməz.

FİFA 2014-cü ildən qadınlara hicab geyinməyə icazə versə də,Fransa Dövlət Şurası iyun ayında qadın futbolunda hicab taxmağınqadağan ediləcəyinə dair qərar çıxarıb.

Fransada müsəlman geyimləri ilə bağlı mübahisə keçən ay təhsilnaziri Qabriel Attalın dünyəviliklə bağlı narahatlıqlarını əsasgətirərək, təhsil müəssisələrində abaya qadağa qoyulduğunu elanetdikdən sonra daha da böyüyüb.

Attal Fransanın TF1 telekanalına müsahibəsində “Mən qəraragəldim ki, abaya artıq məktəblərdə geyilməyəcək”, - deyib.

Qeyd edək ki, islamofobiya son illər Fransa parlamentində əsasmövzu olub.

Fransa prezidenti Emmanuel Makron tərəfindən ehtimal edilən“separatizm” və “islamizm”lə mübarizə aparmaq üçün idarə olunanmarginallaşdırma siyasətinin artması səbəbindən müsəlman əhalisinisistematik şəkildə hədəf alır.

Makron son dörd il ərzində Fransadakı müsəlman qrupları vəqurumları hədəf almaq üçün “sistemli maneə” siyasəti yaratmaq üçünbütün vasitələrdən istifadə edir. Olimpiada da hicab qadağasındaislamofob Makronun növbəti qərarı kimi səciyyələndirilə bilər.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla