AZ

“Crocus”da tüstüdən boğulan qadının xilas hekayəsi: O kişini axtarır

“Crocus City Hall”da törədilən terror aktı zamanı oradan olan Yekaterina adlı qadın necə xils olmasından danışıb.

Publika.az xəbər verir ki, Yekaterina bu barədə “İzvestiya”ya müsahibəsində danışıb.

Qadının sözlərinə görə, tüstü basmış pilləkəndə yıxılıb və boğularaq huşunu itirdiyini anlayıb.

“Boğulduğumu, şüurumun uçduğunu başa düşdüm. Bir kişi yanıma gəldi. O an öləcəyimi düşündüm”, - qadın bildirib .

O, aydınlaşdırıb ki, ən kritik anda paltarı islatmaq və nəfəs almaq üçün bir şüşə suyu paylaşan kişi ilə qarşılaşıb. Məhz onun sayəsində də xilas solub. Yekaterina əlavə edib ki, terror aktından sonra ona kömək edən şəxsi tapa bilməyib.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla