AZ

AMB: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 8 milyard dollardan çox olub

2023-cü ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 8,3 milyard dollar təşkil edib.

FED.az xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

    Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 64,7% azdır.

    Qeyd edək ki, 2022-ci ildə CƏH-in profisiti 23,5 milyard dollar təşkil edib.

    Cari əməliyyatlar hesabının ÜDM-də payı 11,5 %-ni təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 29,8% olub. Neft-qaz sektoru üzrə CƏH-in profisiti 17,1 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 8,8 mlrd. dollar məbləğində olub.

    Qeyd edək ki, Mərkəzi Bank 2024-cü ilin yekunu üzrə cari əməliyyatlar hesabının profisitli olacağını (yanvar proqnozu: 7-8 mlrd.ABŞ dolları) proqnozlaşdırır. (Apa)

    Seçilən
    26
    11
    Mənbələr
    Şərh ()
    Bağla