AZ

Türkiyənin 20 şəhərində əməliyyat: daha 70 FETÖ üzvü qandallanıb

Türkiyənin

Türkiyədə FETÖ-yə qarşı son bir həftədə 20 şəhərdə əməliyyat keçirilib.

Reyting.az 
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Onun sözlərinə görə, Aksaray, Bolu, Qaziantep, Sakarya, Muğla, Mersin, Manisa, İstanbul, Kayseri, Qars, Ərzurum, İzmir, Yerlikaya Elazığ, Adana, Uşak, Dənizli, Sivas, Mardin, Ədirnə və Bursada FETÖ-yə qarşı eyni vaxtda keçirilən əməliyyatla 70 şübhəli tutulub: "Şübhəlilər təşkilatda müxətlif gizli vəzifələrdə səlahiyyət sahibi olublar...".

Nazir qeyd edib ki, ölkədə hər hansı bir cinayətkara göz açdırmayacaqlar.

E.ARAZ
Reyting.az
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla