AZ

Narkotik satmaqda şübhəli bilinən Ağstafa sakini...QAZAXDA SAXLANILDI

Narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon sakini Şöhrət Orucov Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Senzor.az-a bildirilib ki, ondan 3 kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi aşkar olunub.

 

Müəyyən edilib ki, Ş.Orucov narkotikləri öz istifadəsi və satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
160
21
Mənbələr
Şərh ()
Bağla