AZ

Aktotı Raimkulova “Anev – 2024 Türk Dünyasının Mədəniyyət Paytaxtı”ilinin açılış mərasimində iştirak edib

Bakı. Trend:

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı RaimkulovaTÜRKSOY tərəfindən Türkmənistanın Anev şəhərinin 2024-cü il TürkDünyası Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar açılışmərasimində iştirak edib. Açılış mərasimi Türkmənistanın Ahalvilayətində təşkil olunan silsilə mədəniyyət və incəsənəttədbirləri ilə keçirilib.

TurkicWorld xəbər verir ki, tədbirdə həmçinin,Türkmənistanın baş nazirinin müavini Mihricemal Mamedova,Türkmənistanın xarici işlər naziri Raşid Meredov, Türkmənistanınmədəniyyət naziri Atageldi Şamuradov, TÜRKSOY-un baş katibi SultanRaev, Türk Dövlətləri Təşkilatının baş katibi KubanıçbekOmuraliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev,Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müaviniSerdar Çam, Qazaxıstan Respublikasının mədəniyyət və informasiyanazirinin müavini Yerbol Alikulov, Qırğızıstan Respublikasınınmədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirininmüavini Marat Tagayev, Özbəkistan Respublikasının mədəniyyətnazirinin müavini Murodjon Macidov, Macarıstanın millətvəkili PeterHoppal, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədriSerkan Kayalar və Türk Dünyasından çox sayda qonaq iştirakedib.

Tədbirin açılışında Türkmənistanın Baş nazirinin müaviniMahricemal Mamedova Türkmənistan Prezidenti Serdar Berdimuhamedovuntədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.

Tədbirdə açılış nitqi ilə çıxış edən TÜRKSOY-un baş katibiSultan Raev Anev şəhərinin və bu torpaqların türkmən xalqınınmüqəddəs vətəni, böyük türkmən tarixinin və bənzərsiz mədəniirsinin mərkəzi olduğunu vurğulayıb. S. Raev bildirib ki, bu ilTÜRKSOY tərəfindən doğumunun 300 illiyi münasibətilə TürkDünyasında milli türkmən ədəbiyyatının klassiki, böyük şairMəhdimqulu Fəraqi ili elan olunub.

Daha sonra səhnə Türk Dünyasının sənətçilərinə verilib. Türkcoğrafiyasının müxtəlif bölgələrindən - 9 ölkədən 650-dən çoxsənətçi Türk xalqlarının rəngarəng rəqslərini və musiqisini ifaediblər.

Aktotı
Aktotı
Aktotı
Aktotı
Aktotı
Aktotı
Aktotı
Aktotı
Aktotı
Aktotı
Seçilən
21
50
Mənbələr
Şərh ()
Bağla