AZ

10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Leyli Şirinova

Bakı. Trend:

Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geridönürəm

Bunu Trend-ə açıqlamasında Füzuli sakini LeyliŞirinova deyib.

"Prezident İlham Əliyevə bizə bu sevinci yaşatdığı üçün təşəkküredirik. Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geridönürəm. Sevincimin həddi-hüdudu yoxdur. Mən şəhid bacısıyam.Torpağıma gedən kimi ilk şəhid qardaşımın qəbrini ziyarət edəcəyəm.Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığıversin", - deyə o bildirib.

Qeyd edək ki, respublikanın müxtəlif ərazilərində yataqxana,sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibatibinalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köçkarvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yolasalınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfərköçürülüb.

Seçilən
38
2
Mənbələr
Şərh ()
Bağla