AZ

“Qəbələ” “Neftçi”ni qəbul edir, “Qarabağ” çempionluq matçına çıxır – YENİLƏNİR

Azərbaycan Premyer Liqasında 28-ci tura start verilir.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edəcək. 16 xala sahib bölgə klubu sonuncu, 40 xalı olan “ağ-qaralar” isə “Sabah”la bərabər 2-3-cü pillələri bölüşür.

Güün digəri matçı Bakıda baş tutacaq. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”ı qəbul edəcək. Gəncə təmsilçisi 27 xala 9-cu pillədədir. Ağdam klubu isə bu görüşdə qalib gələcəyi təqdirdə, 69 xalla çempionluğunu rəsmişləşdirmiş olacaq.

Azərbaycan Premyer Liqası
XXVIII tur
29 mart

16:30. “Qəbələ” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu

19:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu

Seçilən
48
12
Mənbələr
Şərh ()
Bağla